Banco.az saytından alınan məlumata görə, ain.az bildirir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan cari ilin yanvar-iyun aylarında Ukraynaya 95 milyon 753 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 45 milyon 40 min dollar və ya 88,8% çoxdur.
Ötən ilin eyni dövründə Ukraynaya ixrac edilən qeyri-neft məhsullarının dəyəri 50 milyon 713 min dollar təşkil edib.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (586 milyon dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.