Türk mətbəxinin vazkeçilməz ləzzətlərindən biri olan yapraq dolması Avropada ciddi qida təhlükəsizliyi problemi səbəbilə yenidən gündəmdədir. Bir müddət əvvəl Almaniyada raflardan yığışdırılan Suntat markalı Tokat Erbaa salamura asma yarpaqları, bu dəfə Fransada eyni səbəblə geri çağrıldı.
News24.az xəbər verir ki, Fransada aparılan yoxlamalar nəticəsində, məhsulda 5 müxtəlif pestisit (zəhərli kənd təsərrüfatı dərmanı) qalıqlarına rastlanılıb. Onlardan biri təyin olunmuş təhlükəsiz həddən 260 qat artıq çıxıb. Bu səbəblə məhsul təcili şəkildə satışdan yığışdırılıb.
Fransa Tüketicini Müdafiə Baş İdarəsinin (DGCCRF) verdiyi məlumata görə, bu pestisitlərin bəziləri kanserogen və hormon sistemini pozan maddələrdir. Mütəxəssislər, bu cür məhsulların istifadəsinin sağlamlıq üçün risk daşıdığını bildirərək, istehlakçıları etiketləri diqqətlə oxumağa və mənbəyə diqqət yetirməyə çağırırlar.
Bu hadisə, Avropada qida təhlükəsizliyi nəzarətinin nə qədər sərtləşdiyini göstərməklə yanaşı, ənənəvi türk mətbəxinin belə ciddi nəzarət altına alındığını bir daha sübut etdi.
Xeyrənsə Piriyeva