AZ

Elmar Baxşıyev onlarla işləyəcək

"Araz-Naxçıvan"ın məşqçilər korpusu açıqlanıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, baş məşqçi Elmar Baxşıyevin köməkçiləri ilə yeni müqavilə imzalanıb.

Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terziev daha 1 il Premyer Liqanın gümüş medalçısının məşqçilər heyətində yer alacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha öncə Elmar Baxşıyevlə də anlaşmanı 1 illik uzadıb.

İdman.biz

Seçilən
25
1
idman.biz

2Mənbələr