AZ

Tailand və Kamboca arasında atəşkəs elan olunub

Tailand və Kamboca arasında qeyd-şərtsiz atəşkəs elan olunub.

Bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim bəyanat verib.

Onun sözlərinə görə, atəşkəs bu gün yerli vaxtla saat 00.00-dan (Bakı vaxtı ilə 20.00) qüvvəyə minəcək.

Xatırladaq ki, son günlər Tailand-Kamboca sərhədində hər iki ölkənin orduları arasında baş vermiş silahlı toqquşmalar nəticəsində ölən və yaralananlar olub, ümumilikdə 300 mindən çox adam yaşadığı əraziləri tərk etməyə məcbur qalıb.

APA

Seçilən
30
6
herbiand.az

10Mənbələr