Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
AzVision.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Mixail Kavelaşvili məhkum olunmuş müxalifətçilərin azadlığa çıxmaq şansından istifadə edə biləcəklərini vurğulayıb. “Onlar bundan istifadə etsələr, bu, fürsətdir. Mənim tərəfimdən, əlbəttə ki, bu təklif qüvvədə qalır. Əgər onlar razılaşsalar, müxalifət seçicilərə öz dəyərlərini nümayiş etdirmək və hakim partiyaya layiqli alternativ olduqlarını sübut etmək şansı qazanacaq, - Gürcüstan prezidenti deyib. Kavelaşvili həmçinin bildirib ki, müxalifət alternativ, lakin konstruktiv mövqe təklif etməlidir. Lakin Gürcüstanda belə müxalifət yoxdur - əvəzində müxalifət sırf “sabotaj”la məşğuldur. Bundan əvvəl parlamentin İstintaq Komissiyasının iclasına gəlməkdən imtina edən 8 müxalifət lideri həbs edilib. Onların arasında Mamuka Xazaradze, Badri və Zurab Caparidzelər, Georgi Vaşadze, Nika Meliya, Nika Qvaramiya, İrakli Okruaşvili və Givi Tarqamadze var. Həbslə yanaşı, onlara iki il müddətində dövlət vəzifələrində işləmək, yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmək qadağası qoyulub. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.