Türkiyənin "Beşiktaş" klubunun yarımmüdafiəçisi Jedson Fernandeş karyerasını Rusiyada davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi ilə Rusiya təmsilçisi Moskva "Spartak"ı arasında portuqaliyalı yarımmüdafiəçinin transferi barədə razılaşma əldə olunub. Transferin məbləği 20 milyon + 5 milyon avro bonuslardan ibarət olacaq.
Qeyd edək ki, daha əvvəl "Beşiktaş" klubu rəsmi saytında, komandaların "Spartak" ilə Fernandesin transferi barədə danışıqlar apardığı haqda yayılan məlumatları təkzib etmişdi.
Həmçinin, futbolçuya maraq göstərən digər klubun, Sankt-Peterburqun "Zenit"i olduğu bildirilmişdi.
Жедson Fernandes 2022-ci ilin yayında "Benfica"dan "Beşiktaş"a transfer olunmuşdu. Bu müddət ərzində o, bütün turnirlərdə 131 oyunda iştirak edərək, 18 qol və 16 assist qeydə alıb. Fernandesin "Beşiktaş"la mövcud müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.