AZ

"Kifayət qədər güclü heyətimiz var"

"Barselona"nın vitse-prezidenti Rafa Yuste bildirib ki, klubun heyəti kifayət qədər dərin və rəqabətlidir.

90deqiqe.Az-ın “Barca Universal”a istinadən verdiyi məlumata görə, funksionerin sözlərinə görə, transfer pəncərəsində edilən son dəyişikliklər komandaya güclü dəstək verib.

“Biz hələ də idman direktorumuz Deko ilə müzakirələr aparacağıq. Amma komandamızın heyətindən və mövcud vəziyyətdən çox razıyam. Reşfordu transfer etdik, həmçinin 'Kopenhagen'də yaxşı çıxış etmiş Runi Bardjini də heyətimizə cəlb etdik. Transfer çalışmalarımızı başa vuracağıq və əminəm ki, bu işi uğurla yekunlaşdıracağıq" 

Bu yay transfer dövründə Kataloniya təmsilçisi qapıçı Joan Qarsiyanı heyətinə qatıb, həmçinin "Mançester Yunayted"dən hücumçu Markus Reşfordu icarəyə götürüb.

Qeyd edək ki, "Barselona" hazırda İspaniya La Liqasının son çempionudur.

Seçilən
6
90deqiqe.az

1Mənbələr