
Xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.
Hökmə əsasən, İmaməddin Əlimanova 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, İmaməddin Əlimanov Cinayət Məcəlləsinin 12.1 281.2-ci(dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.