AZ

"Qarabağ"ın rəqibi Premyer Liqa klubunun futbolçusu ilə gücləndi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Şelburn" heyətinə yeni futbolçu cəlb edib.

Fanat.Az xəbər verir ki, bu barədə İrlandiya klubunun mətbuat xidməti məlumat yayıb.

Sözügedən klub İngiltərənin "Vest Hem" klubunun U-21 komandasından hücumçusu Şon Muru transfer edib. 19 yaşlı forvardla imzalanan müqavilənin detalları açıqlanmır.

Xatırladaq ki, "Qarabağ" ilk görüşdə səfərdə "Şelburn"a 3:0 hesabı ilə qali gəlib. Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
 

Seçilən
19
fanat.az

1Mənbələr