AZ

Texnologiya nəhəngləri birləşdi: Samsung və Tesla uzunmüddətli əməkdaşlığa start verdi

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" ABŞ elektromobil istehsalçısı "Tesla" ilə mikroelektronika istehsalı üzrə uzunmüddətli müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilir ki, sazişin məbləği 16.5 milyard dollar təşkil edir və 2033-cü ilin sonunadək qüvvədə olacaq.

Məlumata görə, "Tesla" ilə yeni müqavilə "Samsung"un mikroçip istehsalçıları bazarında öz mövqelərini itirdiyi bir dövrdə bağlanıb. Hazırda şirkət mikroelektronika istehsalı üçün öz güclərini tam yükləmək üçün kifayət qədər sifariş almır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
oxu.az

1Mənbələr