Bakı. Trend:
Bu ilin iyun ayı ərzində Azərbaycanda Real Vaxt RejimindəHesablaşmalar Sistemində (AZIPS) aparılan tranzaksiyaların həcmi57,9 milyard manatı, sayı isə 186,8 min ədədi ötüb.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinənisbətdə aparılan əməliyyatların həcmində 5,1 milyard manat və ya9,6%, sayında isə 21,5 min vahid və ya 13% artım qeydə alınıb.
Belə ki, 2024-cü ilin iyun ayında ölkədə AZIPS vasitəsiləaparılan əməliyyatların həcmi 52,8 milyard manatı, sayı isə 165,3min ədədi ötmüşdü.
Bundan başqa, 2025-ci ilin iyun ayında Azərbaycanda AniÖdənişlər Sistemi (AÖS) vasitəsilə aparılan əməliyyatların həcmi180,5 milyon manat, sayı isə 393,5 min ədədə bərabər olub.
2024-cü ilin eyni ayı ilə müqayisədə AÖS vasitəsilə aparılanəməliyyatların həcmində 334,2 min vahid və ya 6,6 dəfə, həcmindəisə 102,1 milyon manat və ya 2,3 dəfə artım qeydə alınıb.
Qeyd edək ki, ötən ilin iyun ayında ölkədə AÖS vasitəsiləaparılan əməliyyatların həcmi 78,4 milyon manat, sayı isə 59,3 minədədə bərabər olub.
2025-ci ilin iyununda ölkədə Xırda Ödənişlər üzrə HesablaşmaKlirinq Sistemi (XÖHKS) vasitəsilə həyata keçirilən əməliyyatlarınhəcmi 3,6 milyard manatı, sayı isə 9,9 milyon ədədi keçib.
Ötən ilin eyni ayı ilə müqayisədə XÖHKS vasitəsilə aparılanəməliyyatların həcmində 271 milyon manat və ya 6,9%, sayında isətəqribən 2,8 milyon vahid və ya 22,4% azalma qeydə alınıb.