AZ

"Yaprak Dökümü"nün Ali Rza Bəyi ekranlara geri qayıdır

"Yaprak Dökümü"nün Ali Rza Bəyi ekranlara geri qayıdırBir dövrə damğasını vuran "Yaprak Dökümü" serialında canlandırdığı Ali Rza bəy obrazı ilə tamaşaçıların yaddaşına həkk olunan usta aktyor Halil Ergün yeni mövsümdə televiziya ekranlarına güclü dönüş etməyə hazırlaşır.

Sonxeber.az xəbər verir ki, türk kinosunun yaşayan əfsanəsi uzun illəri əhatə edən karyerasına damğa vuracaq yeni layihələrlə pərəstişkarlarının qarşısına çıxacaq.

Halil Ergün hazırda ssenari üzərində iş gedən bir bədii filmdə Alzheimer xəstəliyi ilə mübarizə aparan yaşlı bir mafia başçısının təsirli həyat hekayəsini canlandıracaq. Təcrübəli prodüser İhsan Taşın imzasını daşıyan bu filmdə keçmişi ilə üz-üzə gələn bir yeraltı aləm fiqurunun dramatik hekayəsi ekranlaşdırılacaq. Unudulmaq üzrə olan xatirələr, sərt bir keçmiş və dərin daxili mübarizələrin mərkəzində yer alacağı bu film artıq indidən kino ictimaiyyətində maraq doğurub.

Roluna həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşmaq istəyən Halil Ergün bu məqsədlə İstanbul yaxınlığında yerləşən və təbiəti ilə seçilən Ağvanı (Ağva) seçib. O, burada Acquaverde Hotel-də qalaraq həm dincəlir, həm də prodüser İhsan Taş ilə birlikdə ssenari üzərində işləyir. Təbiətlə iç-içə bu mühit, eyni zamanda yaradıcı proses üçün ilhamverici bir atmosfer yaradır.

Yalnız kinoda deyil, televiziya tamaşaçıları da Halil Ergünü bu mövsüm ekranda görməyə hazırlaşır. Hələ detalları açıqlanmayan yeni bir serial layihəsində yer alacaq aktyor bu mövsüm həm dram sevərləri, həm də serial izləyicilərini həyəcanlandıracaq bir dönüş üçün çalışır.

Seçilən
11
sonxeber.az

1Mənbələr