AZ

Hikmət Hacıyev İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini ilə telefon danışığı apardı

BAKI, 28 iyul. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Bildirilib ki, Hikmət Hacıyev İsrailin hücumu nəticəsində həlak olanlara görə İrana başsağlığı verib.

Qeyd edilib ki, tərəflər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi və prezidentlər səviyyəsində əldə olunmuş razılaşmaların daha tez həyata keçirilməsi üzərində razılığa gəliblər.

Bundan başqa, İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana planlaşdırılan səfəri məsələsi də müzakirə olunub.

Seçilən
17
teleqraf.com

1Mənbələr