AZ

65 yaşlı fəhlə faciəvi şəkildə öldü

Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 26-sı saat 18 radələrində Rəsulzadə qəsəbəsində tikilən çoxmərtəbəli binada qeydə alınıb. Tikintidə fəhlə Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Çingiz Mustafa oğlu Mahmudov hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
7
7
qafqazinfo.az

8Mənbələr