Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin may ayında Türkiyənin təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% artaraq 3 milyard 539 milyon kubmetrə çatıb.
Banco.az Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna istinadən xəbər verir ki, idxalın böyük hissəsi boru kəmərləri ilə həyata keçirilib.
Hesabat dövründə Türkiyənin Azərbaycandan qaz idxalının dəyəri 1 milyard 56 milyon kubmetrə bərabər olub. Türkiyənin Azərbaycandan qaz idxalı illik müqayisədə 4.8% artıb. 2024-cü ilin may ayında bu göstərici 1 milyard 8 milyon kubmetr təşkil edirdi.
May ayında ən çox qaz Rusiyadan (1 milyard 192 milyon kubmetr) idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!