AZ

Sürətli pul köçürmələrdə balans dəyişimi: daxilolmalar artıb, çıxışlar azalıb

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləriilə banklara 296,8 min ədəd əməliyyat üzrə 162,7 milyon manatvəsait daxil olub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə aparılmış əməliyyatlar üzrə 22,3 min ədəd və ya 8,1%,vəsait həcmi üzrə isə 21,1 milyon manat və ya 14,9% çoxdur.

Hesabat dövrü ərzində bir ödənişin məbləği 548,1 manat təşkiledib ki, bu da 2024-cü ilin iyulun 1-nə olan göstəriciyə nisbətən32,1 manat və ya 6,2% çoxdur.

Eyni zamanda cari ilin iyulun 1-nə Azərbaycanda sürətli pulköçürmə sistemlər ilə banklardan kənara 80,5 min ədəd əməliyyatüzrə 38,2 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eynidövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 7,9 min ədəd və ya8,9%, vəsait həcmi üzrə isə 0,9 milyon manat və ya 2,3% azdır.

Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardankənara köçürmələr üzrə bir ödənişin məbləği 473,8 manata bərabərolub ki, bu da 2024-cü ilin iyulun 1-nə olan göstəriciyə nisbətən30,9 manat və ya 7% çoxdur.

Seçilən
8
az.trend.az

1Mənbələr