AZ

Ərdoğan Tramp və Putini bir araya gətirmək istəyir

Türkiyə danışıqların bütün iştirakçıları tərəfindən bəyənilir və ölkə rəhbərliyi müxtəlif tərəflər arasında dialoqun davam etdirilməsi üçün yaxşı şərait yaradır.

XəzərNews.az “Mayak” radiosunun Teleqramına istinadən xəbər verir ki, bu sözləri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Putin və ABŞ prezidenti Donald Tramp arasında mümkün danışıqlara dair sualları cavablandıran Peskov deyib:

"Burada mən öz tərəfimizdən danışıram. Biz Ankaraya və Türkiyə rəhbərliyinə vəziyyətin həlli yollarını tapmaqda göstərdikləri səylərə görə minnətdarıq. Türkiyə rəhbərliyinin danışıqlar üçün təmin etdiyi şərtlərə görə minnətdarıq. Bu əhval-ruhiyyəmiz gələcəkdə də qalacaq".

Xəbər 53 dəfə oxunub.
Seçilən
4
xezernews.az

1Mənbələr