AZ

Ukraynanın dövlət borcu 184 milyard dollardan çoxdur

Kiyev, 28 iyul, AZƏRTAC

Ukraynanın dövlət və dövlət zəmanətli borcu 30 iyun 2025-ci il tarixinə 7,697 trilyon qrivna və ya 184,84 milyard dollar təşkil edib.

Bu barədə AZƏRTAC Ukrayna Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, iyun ayı ərzində məbləğ qrivna ekvivalentində 181,73 milyard, dollar ekvivalentində isə 3,88 milyard dollar artıb.

İlin əvvəlindən borc 716 milyard qrivna və ya 18,78 milyard dollar artıb.

Ukraynanın maliyyə naziri Sergey Marçenkonun sözlərinə görə, dövlət borcunun böyük hissəsi müharibə zamanı tərəfdaşlardan güzəştli şərtlərlə alınan vəsaitlə bağlıdır. Ona görə də ölkə yaxın 30 ildə bu borcları qaytarmayacaq.

Xatırladaq ki, Ukraynanın dövlət və dövlət zəmanətli borcu 31 dekabr 2024-cü il tarixinə 6,980 trilyon qrivna və ya 166,06 milyard dollar təşkil edib.

Son bir ildə Ukraynanın borcu qrivna ekvivalentində 26,5 faiz (1,461 trilyon qrivna), dollar ekvivalentində isə 14,3 faiz (20,74 milyard ABŞ dolları) artıb. Fərq dolların məzənnəsinin 10,7 faiz artması ilə izah edilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
24
5
azertag.az

8Mənbələr