AZ

"Sabah" - "Petrokub" matçına neçə bilet satılıb? - YENİLƏNİR

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Petrokub"u səfərdə 2:0 hesabı ilə məğlub edən "Sabah"ın Moldova təmsilçisi ilə iyulun 31-də keçiriləcək cavab matçına bilet satışı davam edir.

"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, bu saatadək 2000-dən çox bilet alınıb.

Qeyd edək ki, "Bank Respublika Arena"da baş tutacaq "Sabah" - "Petrokub" matçının start fiti saat 20:00-da səsləndiriləcək.

Nihat

Seçilən
13
fanat.az

1Mənbələr