Xalq artisti Firəngiz Mütəllimova və Əməkdar İncəsənət xadimi Əliqismət Lalayevin adı Mədəniyyət və İncəsənət Universitetinin saytında qeyri-adi formada yazılıb.
Ölkə.Az xəbər verir ki, saytda tanınmış mədəniyyət və incəsənət xadimlərinin ali təhsil müəssisəsi haqqında fikirlərinə yer verilib.
İngilis dilinə keçid etdikdə sənətçilərin adı təhrif olunmuş formada göstərilir.
Belə ki, F.mütəllimovanın adı “Pharaoh Mullimova”, Ə.Lalayevin adı isə “Elizabeth Lalayev “kimi qeyd edilib.
İncəsənət xadimlərinin adının yazılışında yanlışlığa yol verilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Billurə