AZ

Yevlaxda həmkəndlisini qətlə yetirən şəxs tutulub




Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində iyulun 27-də qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Newscenter.az-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində bıçaqla həmkəndlisi, 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Mehman Mehdiyev
Seçilən
56
17
newscenter.az

10Mənbələr