AZ

"İmişli"nin braziliyalı müdafiəçisi: "İnanılmaz bir il olacaq"

"Premyer Liqaya hazırlaşırıq, məşqlərimizi edirik, yeni məşqçilər korpusu və yeni transferlərlə birlikdəyik. Heç bir narahatlığım yoxdur, əminəm ki, inanılmaz bir il olacaq".

İdman biz xəbər verir ki, bunu "İmişli"nin braziliyalı müdafiəçisi Dioqo Vazkes Rollo Sportal.az-a açıqlamasında deyib.

Ötən mövsüm Birinci Liqada “İmişli”də oynamış braziliyalı klubun ona yeni müqavilə təklif edəcəyinə inanırmış: "Artıq müqavilənin yenilənməsi ilə bağlı danışıqlarımız var idi və bəli, komandanın məni saxlayacağına inanırdım. Çünki Allaha şükürlər olsun ki, “İmişli”də çox yaxşı mövsüm keçirmişdim. Bu fürsətə görə bir daha xoşbəxtəm və minnətdaram".

Rollo “İmişli”nin Premyer Liqadakı hədəflərindən də söz açıb: "Əvvəla, məncə, elitada qalmaq kimi hədəfin olması yaxşıdır. Amma futbol 11 nəfərin 11-ə qarşı oyunudur. Sürpriz edə biləcəyimizi bilirəm. Premyer Liqanın aşağı liqadan çox fərqli olduğunu yaxşı bilirəm. Amma özümü buna hazır hiss edirəm. Əslində, bütün həyatım boyu belə bir anı gözləmişəm. Mən həyəcanlıyam və bu çağırışa çox diqqət yetirmişəm".

İdman biz

Seçilən
4
idman.biz

1Mənbələr