AZ

Kriminal məzmunlu mahnı Paşinyanı özündən çıxarıb | VİDEO

AzVision.az xəbər verir ki, Ermənistan hökumətinin başçısı bununla bağlı “Facebook” sosial şəbəkəsində“Oğru həbsxanada olmalıdır, fəvvarə ilə əylənməməlidir”ifadəsini paylaşıb.

“İctimai yerdə kriminal mədəniyyətlə bağlı mahnı ifa edildiyi üçün vəziyyət cəmiyyətdə geniş rezonansa səbəb olub”,- bəzi erməni KİV-ləri yazırlar.

Müxalifətçi Ermənistanın ikinci şəhərinin meri oldu
Xatırladaq ki, 2025-ci ilin martında Gümrüdə keçirilən şəhər meri seçkilərində müxalifətin namizədi Vardan Qukasyan qalib gəlib.

Daha əvvəl,2022-ci ilin dekabrındaErmənistan prokurorluğu 1999-2012-ci illərdə Gümrünün meri olmuş Vardan Qukasyanı şəhərdə 15 müxtəlif torpaq sahəsini qanunsuz olaraq leqallaşdırmaqda, çirkli pulların yuyulmasında və mədəniyyət abidəsinə ziyan vurmaqda ittiham etmişdi.

Cinayət işin materiallarına görə o, şəhərin mərkəzi parkında beş, keçmiş hərbi sovxozun ərazisində iki, habelə daşınmaz tarix və mədəniyyət abidəsi hesab edilən xüsusi torpaq sahəsini qanunsuz olaraq dövlət qeydiyyatına alıbmış.

Yeri gəlmişkən, bu ilin martında keçirilən mer seçkiləri öncəsi də hüquq-mühafizə orqanları Vardan Qukasyana qarşı yenidən ittihamlar irəli srüsələr də, o, bu qarşıdurmadan qalib çıxıb.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
17
1
azvision.az

2Mənbələr