Bakı. Trend:
Azərbaycan 2025-ci ilin may ayında Türkiyənin ən iri üç təbiiqaz tədarükçüləri arasında mövqeyini möhkəmləndirib.
Trend bu barədəTürkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK)istinadən xəbər verir.
2025-ci ilin may ayında Türkiyə Azərbaycandan 1,057 milyard kubmetr həcmində təbii qaz idxal edib ki, bu 2024-cü ilin may ayındakı1,009 milyard kub metrlə müqayisədə 4,80 faiz çoxdur.
Beləliklə, Azərbaycan Rusiyadan sonra Türkiyənin boru kəməri iləqaz tədarükçüləri arasında ikinci yeri tutaraq aylıq tədarükhəcminə görə İran İslam Respublikasını geridə qoyub
Həmin dövrdə Türkiyə İran İslam Respublikasından 791,74 milyonkubmetr təbii qaz idxal edib. Bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə (593,49 milyon kubmetr) 33,40 faiz artım deməkdir.Rusiya Federasiyası isə ən iri tədarükçü statusunu qoruyaraq2025-ci ilin mayında Türkiyəyə demək olar ki, 1,193 milyard kubmetrtəbii qaz ixrac edib. Halbuki ötən ilin eyni ayında bu göstərici734,41 milyon kubmetr təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin may ayında Türkiyənin təbii qaz idxalı3,539 milyard kubmetrə çataraq 2024-cü ilin eyni dövrü iləmüqayisədə (2,882 milyard kubmetr) 22,79 faiz artıb. Boru kəməriilə təbii qaz idxalı 3,161 milyard kubmetr təşkil edib (35,30 faizartım), maye təbii qaz idxalı isə 30,79 faiz azalaraq 377,81 milyonkubmetr olub.