AZ

Bazara silahlı hücum: Ən azı 6 ölü

Taylandın paytaxtı Banqkokda yerləşən bir bazarda baş verən silahlı hücum nəticəsində ən azı 6 nəfər həyatını itirib. 

"Cebheinfo.az" xəbər verir ki, hadisə yerli vaxtla bazar ertəsi səhər saatlarında kənd təsərrüfatı məhsulları və yerli qidaların satıldığı “Or To Ko” adlı bazarda baş verib. 

Metropol Polis İdarəsinin rəis müavini Çarin Qopatta hücumu törədən şəxsin daha sonra intihar etdiyini açıqlayıb. Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, ölənlər arasında 4 təhlükəsizlik işçisi və bir qadın da var. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb, lakin hücumun səbəbi və silahlının şəxsiyyəti hələlik ictimaiyyətə açıqlanmayıb. Yaralananların olub-olmaması barədə də məlumat verilməyib. Bazarda təhlükəsizlik tədbirləri gücləndirilib. 

Seçilən
10
cebheinfo.az

1Mənbələr