AZ

Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı. Trend:

İyulun 27-də Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisindəqəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxilolub.

Yevlax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsindəbıçaqla həmkəndlisi 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarətyetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işibaşlanılıb.

İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlbedilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davametdirilir.

Seçilən
31
17
az.trend.az

10Mənbələr