AZ

DYP-dən motosiklet, velosiped və skuter sürücülərinə çağırış

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, velosiped və skutersürücülərinə çağırış edib.

Trend xəbərverir ki, məlumatda bildirilib:

“Son illər mikromobil vasitələrin istifadəsinin artması yolhərəkətində yeni təhlükəsizlik çağırışlarını gündəmə gətirir.Təhlillər göstərir ki, bu vasitələrin iştirakı ilə baş verənqəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarınaəməl etməməsidir”.

Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrininsürücülərinə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyibir daha xatırladır:

  • Dəbilqə (motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsiniqoruyaraq ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədəazaldır. Təcrübə göstərir ki, dəbilqə taxan sürücülərin yaşamaşansı ikiqat artır.
  • Diz və dirsək qoruyucularından istifadə edin. Bu vasitələr aşmavə toqquşma zamanı sümük sınıqları və ciddi əzələ zədələrininqarşısını alır.
  • İşıqqaytarıcı geyim və əşyalar taxın. Sutkanın qaranlıq vaxtıvə zəif işıqlandırılan yollarda hərəkət iştirakçılarının sizivaxtında görməsinə kömək edir.
  • Qulaqlıqlardan və diqqəti yayındıran vasitələrdən istifadəetməyin. Telefonla danışmaq, musiqiyə aludə olmaq və digərməşğuliyyətlər sürücünün ətraf mühitlə əlaqəsini zəiflədir,reaksiyanı ləngidir və qəza ehtimalını artırır.

“Unutmayın ki, bu sadə, lakin həyati əhəmiyyət daşıyan qaydalaraəməl etməklə siz həm öz həyatınızı, həm də başqalarınıntəhlükəsizliyini qorumuş olursunuz”, - deyə məlumatda qeydedilib.

Seçilən
29
41
az.trend.az

10Mənbələr