AZ

Qaraciyəri ən sürətli necə təmizləmək olar?

Qaraciyər bədənin detoks fabrikidir. Lakin müasir həyatın gətirdiyi toksin yükü bu orqanı yorur.

E-saglam.az xəbər verir ki, qastroenteroloq Dr. Meltem Ergun bildirib ki, qaraciyəri “ən sürətli” təmizləyən nə möcüzəvi içkilər, nə də xüsusi proqramlardır. Ən təsirli yol sağlam həyat tərzidir.

Qaraciyərin əsas funksiyaları:

Qaraciyər yeməyi qidaya çevirir, qan laxtalanması üçün zülallar istehsal edir, vitamin, dəmir və şəkəri ehtiyatda saxlayır, dərman və toksinləri zərərsizləşdirir.

Qaraciyəri zəiflədən amillər:

Uzunmüddətli alkoqol istifadəsi, Hepatit B və C virusları, piylənmə, dərmanların sui-istifadəsi, bəzi kimyəvi maddələr, siqaret, sürətli arıqlama və uzun aclıq qaraciyərə zərər verir. Nəticədə siroz, qaraciyər xərçəngi və digər ağır fəsadlar yarana bilər.

Qaraciyəri dəstəkləmək üçün:

Alkoqoldan tamamilə uzaq durun.

Hazır və işlənmiş qidaları azaldın, Aralıq dənizi tərzi ilə qidalanın.

Hepatit peyvəndlərinizi unutmayın.

Dərman və əlavələri həkim məsləhəti olmadan qəbul etməyin.

Gündə 2-2.5 litr su için.

Hərəkətli həyat tərzi sürün.

Gecə erkən yatmağa çalışın.

Qaraciyər üçün faydalı qidalar:

Ənginar, sarımsaq, limon, zeytun yağı, yaşıl yarpaqlı tərəvəzlər, qoz, çuğundur, zərdəçal qaraciyər funksiyasını dəstəkləyir.

Müayinələr:

AST, ALT, GGT, ALP, bilirubin və albumin testləri ilə qaraciyər sağlamlığınızı mütəmadi yoxlayın.

Qısacası, qaraciyəri “sürətlə təmizləmək” sağlam vərdişlərə keçməkdən keçir. Daimi diqqət və düzgün qidalanma qaraciyərinizi uzun müddət sağlam saxlayar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr