
“Yalı Çapkını” serialında canlandırdığı Gülgün obrazı ilə diqqət çəkən aktrisa Gözde Kansu, İspaniyada nəşr olunan Semana Revista jurnalına verdiyi müsahibə ilə gündəmdədir. Serial sayəsində İspaniyadakı fan kütləsini genişləndirən Kansu, canlandırdığı obrazla bağlı maraqlı açıqlamalar verib.Daha əvvəl İspaniyada yayımlanan üç serialda rol alan aktrisa, "Yalı Çapkını" ilə birlikdə bu ölkədə yayımlanan dördüncü serialı ilə beynəlxalq uğurunu möhkəmləndirdi.“GÜLGÜN KİMİ OLA BİLMƏZDİM”Müsahibədə Gülgün obrazı barədə səmimi fikirlərini bölüşən Gözde Kansu dedi: “Açığını deyim, mən Gülgün kimi ola bilməzdim. Əgər ərim məni yengəsi ilə aldatsa, o evdə bir saniyə belə qalmaram,” – deyərək obrazla öz arasındakı fərqi vurğuladı. Kansu, Gülgünün qorxularla yaşayan bir qadın olduğunu, özünü isə “cəsur” kimi tanımladığını söylədi. Amma ikisi arasında bir oxşarlıq da var: “Ortaq cəhətimiz budur ki, hər zaman gülərüzümüzü qorumağa çalışırıq.”“HƏMİŞƏ EYNİ TİP OBRAZLARI OYNAMAĞI SEVİRƏM”Uğurlu aktrisa rol seçimlərində fərqlilik axtardığını bildirdi. “Həmişə eyni tip obrazları oynamağı sevmirəm,” – deyən Kansu, daxili ziddiyyətləri güclü olan, tamamilə fərqli rolların ona enerji verdiyini ifadə etdi. Bu seçimi sayəsində aktrisalıq sənətini davamlı inkişaf etdirdiyini də vurğuladı.Eyni zamanda, sosial mediada ən çox mesaj aldığı ölkənin İspaniya olduğunu qeyd edən Kansu, "Yalı Çapkını" serialının xaricdə də böyük maraq gördüyünü söylədi. Bu diqqətdən məmnun olduğunu bildirən aktyor, beynəlxalq layihələrə açıq olduğunu da əlavə etdi.Ulusum.az
Diqqət Çəkənlər
Rubio 2028-ci il üçün “ prezident namizədi”ni açıqladı
Bakıdakı möhtəşəm konsertə görə hərəkət məhdudlaşdırıldı
Qütb sirləri açılır: Əriyən buzların altından nəhəng balina qəbiristanlığı çıxdı