AZ

Crocus terror aktı təşkilatçılarının digər planı məlum oldu: Başqa məkanı da partlatmaq istəyiblər

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında terror aktını törədən 4 nəfərin əlaqədə olduğu şəxslər daha bir terror aktı həyata keçirmək niyyətində olublar. Onlar Dağıstanın Kaspiysk şəhərindəki "Moskva" əyləncə mərkəzini partlatmağı planlaşdırıblar.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə cinayət işinin materiallarında bildirilib.

"2024-cü il fevralın 1-dən martın 31-dək "Vilayat Xorasan" terror təşkilatının təşkilatçıları A.İ.Bekov və A.M.Xikmatov Dağıstan Respublikasının Kaspiysk şəhərində yerləşən "Moskva" əyləncə mərkəzində terror aktı törətməyi qərar alıblar və bunun hazırlığında Umedjon Soliev, Saxromdjon Qadoev və Zubaydullo İsmoilov adlı şəxslər iştirak ediblər. Sözügedən terror aktına hazırlıq zamanı göstərilən şəxslər tərəfindən partlayış törətmək üçün yararlı olan kustar üsulla hazırlanmış partlayıcı qurğu düzəldilib, lakin hüquq-mühafizə orqanları tərəfindən qarşısı alındığı üçün adıçəkilən şəxslərdən asılı olmayan şəraitə görə cinayət əməli tamamlanmayıb", - deyə iş materiallarında qeyd edilib.

Bundan əvvəlki materiallardan isə məlum olub ki, Soliev, İsmoilov və Qadoev "Crocus City Hall"a hücumu törədənlər üçün Dağıstandan Moskvaya odlu silah gətiriblər və onlardan birinə təhvil veriblər.

Xatırladaq ki, "Crocus City Hall"da terror aktı 2024-cü il martın 22-də törədilib. İstintaq Komitəsinin məlumatına görə, 149 nəfər terror aktının qurbanı olub. Hadisəni törədən dörd nəfər - Muxammadsobir Fayzov (terror aktının təşkilatçısının kiçik qardaşı), Dalerdjon Mirzoev, Saidakrami Raçabalizoda və Şamsidin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayəti ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalında hücum edənlərin şərikləri də tapılıb. Cinayətin təşkilatçılarından bəzilərinin, o cümlədən Fayzovun qohumunun hələ də saxlanılmasına nail olunmayıb.

Saxlanılanların hamısının "Vilayat Xorasan"la əlaqəli olduğu müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
oxu.az

1Mənbələr