"Kəpəz" klubunda növbəti ayrılıq baş tutub.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər" qarşılıqlı razılıq əsasında Şervoni Mabatşoev ilə müqaviləyə xitam verib.
Tacikistanlı futbolçu ötən mövsümün qış fasiləsində komandamıza cəlb olunub. Yarımmüdafiəçi 15 çempionat oyununda 2 qol vurub.