İran parlamentində və ona bağlı komitələrdə mobil telefondan istifadə qadağan edilib.
Publika.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.
Bildirilib ki, qadağa İsrail kəşfiyyatının paytaxt Tehrandakı fəaliyyəti ilə bağlı artan narahatlıqlardan sonra qoyulub.
"Təhlükəsizliklə bağlı narahatlıqlardan əlavə, qanunvericilik üçün iclaslarda iştirak edirik. Mobil telefondan istifadə bunlara uyğun deyil", - parlamentin spikeri Məhəmməd Baqir Qalibaf məsələ ilə bağlı açıqlamasında bildirib.
Məlumata görə, parlament üzvləri qadağaya qarşı çıxaraq onun aradan qaldırılmasını tələb edirlər.