"Zirə" Salifu Sumanın komandadan ayrıldığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, qvineyalı futbolçu karyerasını İsveçin "Malmö" klubunda davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Suma 2023-cü ilin avqustunda "Zirə"yə transfer olmuşdu. 21 yaşlı futbolçu peşəkar karyerasının ilk oyununa burada çıxıb.
O, "qartallar"ın heyətində 82 oyunda 18 qol vurub və 11 məhsuldar ötürmə etməyi bacarıb.