AZ

“CPM-İnvest İnvestisiya Şirkəti”nin səhmdarlarının yığıncağı keçiriləcək

“CPM-İnvest İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı 26 avqust 2025-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A, “City Point Baku” ünvanında keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin 2025-ci il üzrə yarımillik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi;

2. Cəmiyyətin Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi;

3. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada qəbulu və təsdiq edilməsi;

4. Cəmiyyətin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərinin müzakirəsi;

5. Yeni korporativ sənədlərin qəbulu, mövcud korporativ sənədlərdə dəyişikliklər edilməsi və bununla bağlı məsələlər;

6. Cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi ilə əlaqədar səlahiyyətli şəxsin və/və ya onun tərəfindən etibarnamə verilən şəxsin təyin edilməsi və müvafiq orqanlara/qurumlara müraciətlərin edilməsi.

Yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya +994506320201 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. Yığıncaqda iştirak etmək üçün səhmdarın şəxsiyyətini təsdiq edən sənəd (nümayəndə olduqda isə qanunvericiliklə təsdiq olunmuş qaydada etibarnamə) təqdim olunmalıdır.

Seçilən
96
banker.az

1Mənbələr