AZ

Qazaxıstan polad ixracına qadağa qoydu

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstan 6 ay müddətinə dəmir və qeyri-lehimli poladın ixracına qadağa qoyub.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Sənaye və Tikinti Nazirliyi dəmir və ərintisiz poladın ixracını 6 ay müddətinə qadağan edib.Nazir Yerlan Naqaspabevin əmrinə əsasən, Qazaxıstan ərazisindən Avrasiya İqtisadi Birliyinin Xarici İqtisadi Fəaliyyətinin mal nomenklaturasına uyğun olaraq bütün nəqliyyat növləri ilə dəmir və qeyri-lehimli poladın ixracı qadağan edilib. Altı aylıq məhdudiyyətin əsas məqsədi yerli metallurgiya müəssisələrini hazır məhsul istehsalına həvəsləndirmək və polad emalı sənayesini genişləndirməkdir.Bu qərar “Milli təhlükəsizlik haqqında” Qazaxıstan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndi və Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilənin 29-cu maddəsi əsasında qəbul olunub.Mehman Mehdiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
newscenter.az

2Mənbələr