AZ

Ohanyanın cinayət işinin istintaqı yekunlaşıb

Seyran Ohanyan, Artsvik Minasyan və daha 4 nəfərə qarşı cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edək ki, Seyran Ohanyana qarşı vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən və ya vəzifə səlahiyyətlərindən və ya nüfuzundan sui-istifadə etmə, rüşvət alma, çirkli pulların yuyulması, bəyannamədə bilərəkdən yalan məlumatlar təqdim etmə, bəyan edilməli olan məlumatları gizlətmə və ya fiziki şəxs tərəfindən bəyannamə təqdim etməmə maddələri ilə cinayət işi açılıb.

Onun barəsində qabaqlayıcı tədbir kimi ölkədən çıxışına qadağa qoyulub.

Seyran Ohanyan keçmiş müdafiə naziri, Artsvik Minasyan isə keçmiş təbiəti mühafizə naziri olub.

Seçilən
6
ucnoqta.az

1Mənbələr