AZ

Rusiyada yaşayış binasının bir bloku uçdu

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Həştərxan şəhərində çoxmənzilli yaşayış binasının girişinin bir hissəsi uçub.

Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları nəticələrin aradan qaldırılması ilə məşğuldurlar: dağıntılar yığışdırılır, mümkün zərərçəkənlər axtarılır.

15 nəfər təxliyə olunub.

Həmçinin bildirilir ki, birinci mərtəbədən beşinci mərtəbəyə qədər olan mənzillərin bir hissəsi dağılıb, lakin yanğın hadisəsi olmayıb. Xilasedicilər dağıntıları əllə təmizləyirlər.

Eyni zamanda, FHN-dən verilən ilkin məlumatlara görə, binanın girişinin uçmasına qaz partlayışı səbəb ola bilər.

"İlkin versiyaya görə, ehtimal olunan səbəb qaz partlayışıdır. Daha dəqiq səbəb araşdırma zamanı müəyyən olunacaq", - deyə məlumatda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
oxu.az

1Mənbələr