BAKI, 28 iyul. TELEQRAF
Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
S.Ohanyan vəzifə səlahiyyətlərindən sui-istifadə yolu ilə mənimsəmədə ittiham olunur.
Xatırladaq ki, S.Ohanyanın deputat toxunulmazlığı ləğv edilib. Ermənistan KİV onun həbs olunacağını istisna etmir.