BAKI, 28 iyul. TELEQRAF
Rusiyanın Astarxan şəhərində beşmərtəbəli yaşayış binasında blokun bir hissəsi çöküb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, hadisəyə qaz partlayışı səbəb olub.
Dağıntılar altında insanların qaldığı ehtimal olunur.