AZ

Şəhidimiz Elnur Zeynalovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Elnur Zeynalov 28 iyul 1994-cu ildə Naxçıvan şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2011-ci ildə Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseyi, 2015-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini Xüsusi Təyinatlı ixtisası üzrə bitirib. 2018-ci ildə "baş leytenant" rütbəsini aldıqdan sonra Xüsusi Təyinatlı kurslarına yazılıb və kursu müvəffəqiyyətlə bitirib. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 31-də Xocavənd rayonunun Qızılqaya yüksəkliyi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Elnur Zeynalov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
25
qht.az

1Mənbələr