AZ

Ukrayna Azərbaycan qazını ilk dəfə Trans Balkan marşrutu ilə alacaq

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna ilk dəfə Trans-Balkan dəhlizi ilə Azərbaycan qazını idxal edir.

Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri Sergey Koretski bildirib.

"Ukrayna ilk dəfə Trans-Balkan dəhlizi ilə Azərbaycan qazını idxal edir. SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) qrupunun şirkəti ilə qazın alqı-satqısına dair ilk müqavilə bağlanıb - "SOCAR Energy Ukraine", - deyə o, "Facebook" hesabında yazıb.

Test tədarük Bolqarıstan və Rumıniya marşrutu vasitəsilə həyata keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
2
oxu.az

3Mənbələr