AZ

Maduro seçkidə sosialistlərin qələbə qazandığını elan etdi

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Venesuelada Vahid Sosialist Partiyası bələdiyyə seçkilərində inamlı qələbə qazanıb.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublika prezidenti Nikolas Maduro bildirib.

O qeyd edib ki, hakim partiya 335 bələdiyyədən 285-də lider olub.

Nikolas Maduro qələbəyə görə xalqa təşəkkür edib və nəticəni tarixi nailiyyət adlandırıb.

Venesuela prezidenti, həmçinin Karmen Melentesi yenidən dörd illik müddətə paytaxt Karakasın meri seçilməsi münasibətilə təbrik edib.

Milli Seçki Şurasının sədri Elvis Amoroso seçkidə seçicilərin 44 faizdən çoxunun, 6 milyon 273 min nəfərin iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, 335 mer vəzifəsindən 304-ü, eləcə də 2402 şəhər şurası yerindən 2182-si artıq müəyyən edilib.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
525.az

1Mənbələr