Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycana məhsul idxalının həcmi11,5 milyard ABŞ dolları təşkil edib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, fiziki şəxslərin idxalda payı 1,013 milyon ABŞdolları təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 92milyon ABŞ dolları, yaxud da 10% çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana 8,9milyard ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bunun dafiziki şəxslərə düşən payı 921 milyon ABŞ dolları olub.
Fiziki şəxslərin idxalda payı ümumi idxalın 8,79%-ini təşkiledib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanxarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.