Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib. Belə ki, 77-DF-979 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü - Mahir Səfərov barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Səfərovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bir neçə gün öncə sözügedən sürücüylə bağlı saytımızda xəbər dərc olunmuşdu.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.