Bakı. Trend:
28 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xariciişlər naziri Baxtiyor Saidov arasında telefon danışığıaparılıb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Özbəkistanstrateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər,Özbəkistan Prezidentinin 2 iyul tarixində ölkəmizə həyata keçirdiyidövlət səfərinin nəticəsində ikitərəfli, o cümlədən çoxtərəfliəməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları,habelə regional vəziyyət müzakirə olunub.
Telefon danışığı zamanı həmçinin iki ölkənin iştirakı ilə təşkilolunan beynəlxalq tədbirlərə hazırlıq məsələləri nəzərdənkeçirilib.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.