ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
Yəqin ki, hər kəsin başına gəlib. Kimsə küçədə video və şəkil çəkir, bu şəklə də siz, başqa insanlar düşür. Bəs bu halda nə etmək olar? Məsələn, videoya düşən şəxs həmin videonun silinməsini tələb edə bilərmi?
Gununsesi.info-ya danışan hüquqşünas Uğur Əliyev deyir ki, bəli, sildirə bilər:
“Əgər həmin video aqressiv formada çəkilibsə, başqq nələrəsə hesablanıbsa, bu, hətta xırda xuliqanlıq əməlidir. Ümumən isə şəxsi həyatın toxunulmazlığı baxımından konstitusion olaraq istəmədən, icazəsiz düşdüyünüz video və şəkli sildirə bilərsiniz”.
Orxan
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.