AZ

"Rusiya Ukraynaya qarşı payız hücumuna hazırlaşır" - ISW 

 
"Dronlar və raketlər ön plandadır..."
 
Rusiya Ukraynaya qarşı daha genişmiqyaslı hücumlara hazırlaşır. Moskva həm raketlərin, həm də pilotsuz uçuş aparatlarının,xüsusilə "Shahed" dronlarının istehsalını artırır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (İSW) yeni hesabatında deyilir.
 
Analitiklər qeyd edir ki, bu prosesin məqsədi qarşıdan gələn payız mövsümündə Ukraynanın hava hücumundan müdafiəsini zəiflətmək və kütləvi zərbələr endirməkdir.
 
Məlumatlara görə, Rusiya son zamanlar daha çox raketlərdən istifadə edir. Müdafiə sənayesi isə bu arsenalı genişləndirmək üçün bütün imkanlarını səfərbər edib. ISW xəbərdarlıq edir ki, əgər hazırkı meyl davam etsə, noyabr ayına qədər Rusiya bir gecədə 2 minədək dron buraxa bilər.
 
"Shahed"lər yığılır, hücum tarixi seçilir
 
İyulun 26-na keçən gecə Rusiya 2022-ci ildən bəri Ukraynaya qarşı ən çox ballistik raketdən istifadə edib. Əksinə, "Shahed" kamikadze dronlarının sayı nəzərəçarpacaq dərəcədə az olub. Analitiklər bunu təsadüfi saymır. Onların fikrincə, bu, Kremlin həmin dronları məqsədli şəkildə ehtiyatda saxlaması ilə bağlıdır.
 
Hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenkonun sözlərinə görə, dronların məhdud istifadəsi göstərir ki, Rusiya ya yaxın günlərdə kütləvi hücuma hazırlaşır, ya da daha böyük bir tarix üçün, məsələn, Ukraynanın Müstəqillik Günü olan 24 avqust üçün ciddi ehtiyat toplayır.
 
Qərbin dəstəyi həyati əhəmiyyət daşıyır
 
ISW Qərb ölkələrini, xüsusilə də ABŞ-ı Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün təcili addımlar atmağa çağırır. Analitiklərin fikrincə, "Patriot" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya çatdırılması Rusiya ballistik raketlərinə qarşı effektiv müdafiənin açarıdır. Əks halda yaxın aylarda Ukrayna daha dağıdıcı hücumlarla üzləşə bilər.
Seçilən
11
moderator.az

1Mənbələr