AZ

Bazarda silahlı hücum: 6 nəfər öldü

Ajans.az xəbər verir ki, hadisə yerli vaxtla bazar ertəsi səhəri Or To Ko adlı kənd təsərrüfatı məhsulları və yerli qidaların satıldığı bazarda baş verib. Metropol Polis İdarəsi rəis müavini Çarin Qopatta bildirib ki, hücumu həyata keçirən şəxs daha sonra intihar edib. Erawan Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, həyatını itirənlər arasında 4 mühafizəçi və bir qadın var.

Hadisə ilə bağlı araşdırma başlanılıb, lakin hücumun səbəbi və hücum edən şəxsin kimliyi hələlik ictimaiyyətə açıqlanmayıb. Yaralılarla bağlı məlumat verilməyib. Bazarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Seçilən
7
Ajans.az

1Mənbələr