AZ

Avropa İttifaqından ABŞ-a 600 milyard dollarlıq sərmayə

Finss.az - Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları arasında imzalanmış yeni ticarət sazişi beynəlxalq maliyyə gündəmində böyük rezonans doğurub.

Razılaşmaya əsasən, Aİ ABŞ iqtisadiyyatına 600 milyard dollaradək sərmayə qoyacaq, həmçinin amerikan enerjisi və məhsullarının idxalını əhəmiyyətli dərəcədə artıracaq.

Saziş çərçivəsində:

  • üç il ərzində 750 milyard dollarlıq maye qaz, neft və nüvə yanacağı alacaq;

  • Avropa şirkətləri ABŞ infrastruktur və istehsal layihələrinə sərbəst çıxış əldə edəcək;

  • ABŞ isə Avropa mallarına vahid 15% tarif tətbiq etməklə sərt proteksionizmdən imtina edib.

Ekspertlər bu razılaşmanı qlobal iqtisadi sabitliyə töhfə kimi qiymətləndirir və onun ABŞ-Çin danışıqlarına da təsir göstərə biləcəyini qeyd edirlər.

Seçilən
0
fins.az

1Mənbələr