Xarkov “Metallist”inin hücumçusu Aleksey Sidorov Ukrayna ərazisini icazəsiz tərk edib.
Publika.az xəbər verir ki, Donetsk vilayətindən olan 24 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Kolos”da keçirib. Bu yay doğma klubuna qayıtdıqdan sonra əsas komanda xaricdə təlim-məşq toplanışında olduğu üçün Sidorov gənclərdən ibarət komanda ilə məşq edib. Ancaq futbolçu məşqlərə gəlməyi dayandırdı. Daha sonra Sidorov ailəvi səbəblərə görə ölkəni tərk etdiyini açıqlayıb. Qeyd olunur ki, “Metallist” Sidorovun dəqiq harada olduğunu və dövlət sərhədini necə keçdiyini bilmir.
“Klub Aleksey Sidorovu müqavilə öhdəliklərini yerinə yetirməyə çağırır və futbolçunun qanunsuz hərəkətləri ilə bağlı daxili təhqiqata və məhkəmə prosesinin başlandığını elan edir”, – “Metallist”in bəyanatında deyilir.